27 mart 2011 00:50
Almanlar qazaxları da darmadağın etdi (YENİLƏNİB)
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı A qrupunda da bir qarşılaşma oynanılaıb.
Qrupun lideri, son dünya çempionatının bürünc mükafatçısı Almaniya Qazaxıstanı qəbul edib. Qrupumuzun favoriti ilə autssayderi arasındakı matçın nəticəsi öncədən məlum olsa da, sadəcə hesabın necə olacağı baxımından müəyyən maraq doğururdu. Sonda Yoahim Lövün yetirmələri 4 cavabsız qolla 3 xala sahib çıxdı.
Qeyd edək ki, dünən A qrupunda bir oyun keçirilib və Belçika səfərdə Avstriyanı 2:0 hesabı ilə yenib. Bu qrupda növbəti oyunlar martın 29-da keçiriləcək. Həmin gün millimiz Belçikanın qonağı olacaq, Türkiyə yığması isə Avstriyanı qəbul edəcək.
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
26 mart
Almaniya - Qazaxıstan - 4:0 (3:0)
Qol: Kloze, 3; 88, Müller, 25; 43.
| 1 | Almaniya | 5 | 5 | 0 | 0 | 17 | - | 1 | 15 |
| 2 | Belçika | 5 | 2 | 1 | 2 | 10 | - | 8 | 7 |
| 3 | Avstriya | 4 | 2 | 1 | 1 | 9 | - | 6 | 7 |
| 4 | Türkiyə | 4 | 2 | 0 | 2 | 6 | - | 6 | 6 |
| 5 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 2 | - | 9 | 3 |
| 6 | Qazaxıstan | 5 | 0 | 0 | 5 | 0 | - | 14 | 0 |
