26 mart 2011 13:23
Millimizin oyununa 20 mindən çox bilet satılıb
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, komandamızın “Rua Boduen” stadionunda baş tutacaq oyununa artıq 20 000-dən artıq bilet satılıb.
Lakin bu göstəricinin daha da artması gözlənilir. Axı dünən Avstriya üzərində 2:0 hesablı qələbə qazanmaqla böyük şans qazanan belçikalılar üçün millimiz görüş böyük əhəmiyyət kəsb edir.
