26 mart 2011 13:48
Jorj Leekens: Berti Foqtsun komandası bunu yaxşı bacarır
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens Avstriya üzərindəki son qələbədən və qarşıdakı Azərbaycanla oyundan danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Avstriya üzərindəki qələbəni necə dəyərləndirərdiz?
- Nəticə əla alındı. Oyunçularımıza, azarkeşlərimizə minnətdaram. Bu, mənim rəhbərliyim altında komandamın ən yaxşı oyunlarından biri idi.
- Kimi xüsusi qeyd etmək istərdiz?
- Hamısı əla oyun sərgilədi. Xüsusi olaraq qapıçımız Minolyeni (22 yaşlı bu qapıçı Belçika millisinin üçüncü qolkiperidi- red.) vurğulamaq istərdim. O, oyunboyu qapısından qol buraxmadı, əla təsir bağışladı. Və şübhəsiz ki, Vitseli. Aksel dubl etməklə bu görüşün əsas qəhrəmanı olmağı haqq etdi.
- Bu qələbədən sonra demək olar ki, Belçika A qrupunda ikinci pillənin əsas favoritidi?
- Heç nə demək olmaz. Ancaq bu qələbə bizi yarışın içində saxladı.
- Əgər Azərbaycana qalib gəlməsəz...
- …Onda bizim Vyanadakı zəhmətimiz hamısı boşa gedəcək. Azərbaycanla da, Qaxasıtanla da oyunlarda xal itirməyə haqqımız yoxdu. Fikrimcə, bu təkcə ev yox, səfər oyunlarına da aiddi. Yalnız bu halda ikincilik uğrunda mübarizənin favoriti ola bilərik.
- Brüsseldəki oyundan nə gözləyirsiz?
- Bu oyun bizim üçün Avstriyadakından da çətin alına bilər. Çünki Vyanada meydan sahibləri mütləq qələbə qazanmaq istədiyindən hücuma atılırdı və belədə bizim üçün xeyli boş zonalar yaranırdı. Azərbaycanla oyunda rəqibimizə hətta heç-heçə də sərf edəcək. Onlar müdafiədən oynamağa üstünlük verəcəklər ki, Berti Foqtsun komandası da bunu yaxşı bacarır.
- Erkən qol lazım gələcək...
- Tamamilə doğrudu. Mən Vyanadakı ssenarinin təkrarlanmasının qətiyyən əleyhinə olmazdım.
