27 mart 2011 01:33

Rusiya xal itirdi, gürcülər Xorvatiyanı da məğlub etdi (YENİLƏNİB)

Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı A qrupundakı qarşılaşmadan əlavə Avropanın yaşıl meydanlarında daha 12 qarşılaşma baş tutub.
 
C, E və I qruplarında bu günə oyun nəzərdə tutulmayıb. Əvəzində B qrupunun bütün komandaları bu gün oyuna çıxıb. Lider Rusiya Ermənistanın qonağı olub və gözlənilməz xal itkisi ilə üzləşib. İrlandiya Makedoniyanı qəbul edib və çətin qələbəyə sevinib. Slovakiya isə səfərdə Andorra üzərindəki qələbə ilə vəziyyətini yaxşılaşdırıb.
 
D qrupunda seçmə mərhələyə uğursuz başlayan Bosniya-Herseqovina və Rumıniya milliləri öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Bu görüşdə meydan sahibləri möhtəşəm əzmkar qələbəyə seviniblər. Liderlik uğrunda mübarizə aparan Belarus isə səfərdə Albaniyanın qonağı olub və məğlubiyyətlə üzləşib.
 
F qrupunda da maraqlı görüşlər olub. Bu seçmə tsikldə uğurlu çıxışı ilə diqqət çəkən Gürcüstan qrup lideri Xorvatiyanı qəbul edib və son dəqiqələrdə vurulan qolla möhtəşəm qələbəyə sevinib. Eyni xala malik İsrail və Latviyanın da mübarizəsi az maraq doğurmurdu. Meydan sahibləri bu çətin qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıblar. Qrup sonuncusu Malta isə Yunanıstanla ev oyununda sürpriz etməyə çalışıb. Amma onlar rəqibin hətta azlıqda qalmasına rəğmən, son saniyələrdə qələbə qolunu vurmasına mane ola bilməyiblər.
 
G qrupunda diqqətlər Britaniya derbisinə - Uels – İngiltərə matçına yönəlmişdi. Lakin daha güclü olan ingilislər elə ilk 15 dəqiqəyə vurulan 2 qolla rəibini məğlub etməyi bacarıb. Eyni xala malik Bolqarıstanla İsveçrənin mübarizəsi də az maraq doğurmurdu. Onlar da bu qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıblar.
 
H qrupunda isə qrup autsayderləri - Kipr və İslandiya qarşı-qarşıya gəlib və qolsuz heç-heçəyə razılaşıblar. İtkisiz irəliləyən Norveç isə Danimarka ilə ev oyununda uğurlu çıxışını davam etdirməyə çalışsa da, bu dəfə xal itikisi ilə üzləşib.
 
AÇ-2012-nin seçmə mərhələsi
26 mart
 
B qrupu
 
Ermənistan - Rusiya - 0:0 (0:0)
 
Andorra - Slovakiya - 0:1 (0:1)
Qol: Sebo, 21.
 
İrlandiya - Makedoniya - 2:1 (2:1)
Qol: Makqidi, 2, Kin, 21 - Triçkovski, 45.
 
1 Slovakiya 5 3 1 1 5 - 4 10
2 Rusiya 5 3 1 1 6 - 3 10
3 İrlandiya 5 3 1 1 9 - 6 10
4 Ermənistan 5 2 2 1 9 - 4 8
5 Makedoniya 5 1 1 3 5 - 6 4
6 Andorra 5 0 0 5 1 - 12 0
 
D qrupu
 
Bosniya-Herseqovina - Rumıniya - 2:1 (0:1)
Qollar: İbiçeviç, 63, Dzeko, 83 - Mariça, 29.
 
Albaniya – Belarus - 1:0 (0:0)
Qol: Salihi, 62.
 
1 Fransa 5 4 0 1 8 - 1 12
2 Belarus 5 2 2 1 3 - 1 8
3 Albaniya 5 2 2 1 4 - 4 8
4 Bosniya-Herseqovina 4 2 1 1 6 - 4 7
5 Rumıniya 4 0 2 2 2 - 5 2
6 Lüksemburq 5 0 1 4 0 - 8 1
 
F qrupu
 
Gürcüstan - Xorvatiya - 1:0 (0:0)
Qol: Siradze, 90.
 
İsrail - Latviya - 2:1 (1:0)
Qollar: Barda, 16, Kayal, 81 - Qorks, 62.
 
Malta – Yunanıstan - 0:1 (0:0)
Qol: Torosidis, 90+4.
 
1 Yunanıstan 5 3 2 0 5 - 2 11
2 Xorvatiya 5 3 1 1 8 - 2 10
3 Gürcüstan 5 2 3 0 4 - 2 9
4 İsrail 5 2 1 2 7 - 6 7
5 Latviya 5 1 1 3 4 - 7 4
6 Malta 5 0 0 5 1 - 10 0
 
G qrupu
 
Uels – İngiltərə - 0:2 (0:2)
Qollar: Lempard, 7-pen, Bent, 15.
 
Bolqarıstan – İsveçrə - 0:0 (0:0)
 
1 İngiltərə 4 3 1 0 9 - 1 10
2 Çernoqoriya 4 3 1 0 3 - 0 10
3 İsveçrə 4 1 1 2 5 - 5 4
4 Bolqarıstan 4 1 1 2 1 - 5 4
5 Uels 4 0 0 4 1 - 8 0
 
H qrupu
 
Kipr - İslandiya - 0:0 (0:0)
 
Norveç - Danimarka - 1:1 (0:1)
Qol: Huseklep, 81 - Romedal, 27.
 
1 Norveç 4 3 1 0 6 - 3 10
2 Portuqaliya 4 2 1 1 10 - 7 7
3 Danimarka 4 2 1 1 5 - 4 7
4 Kipr 4 0 2 2 5 - 8 2
5 İslandiya 4 0 1 3 2 - 6 1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.