26 mart 2011 01:48

Subaşiç: Yalnız bu halda Brüsseldən xal ilə qayıda bilərlər

“Qəbələ”nin hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində 2007-ci ildə keçirilən Belçika ilə oyunu xatırlayıb, komandamızın hazırkı durumundan və futbolçularımızın səfər sindromundan danışıb.
 
- Hazırda zədənizlə bağlı durum nə yerdədi?
- Artıq sağalmışam və tam gücümlə məşq edə bilirəm. Fikrimcə, “Qəbələ”yə növbəti oyunda kömək edə biləcəm. Əlbəttə, motivasiya olmaq çətindi. Axı komanda ilk altılıqdan kənar qaldı. Həmçinin kubokdan da uzaqlaşdıq. Ancaq nə etmək olar ki? Hər şeyin günahkarı özümüzük. Bəzi oyunlarda xal itirməsəydik, indi medallar uğrunda mübarizə aparardıq. “Qəbələ”nin ikinci altılığa düşməsi məni çox məyus etdi.
 
- Martın 29-da Azərbaycan millisi Belçika ilə qarşılaşacaq. 2007-ci ildə bu rəqibə qarşı keçirdiyiniz oyunu xatırlayırsız?
- İlk oyunda biz səfərdə 0:3 hesabıyla uduzmuşduq. Həmin oyunda mən iştirak etməmişdim. Çünki sənədlərim tam hazır deyildi. Amma Bakıdakı oyunda biz belçikalılara qarşı əla oyun sərgilədik. Minimum bir xal götürməliydik. Yadımdadı, Zaur Ramazanova əla ötürmə verdim, ancaq o, bunu qola çevirə bilmədi. Həmin oyunda bütün futbolçular əla oynamışdı. Həmin gün Bakıya güclü yağış yağsa da, stadiona da çoxlu azarleş toplaşmışdı. Amma son dəqiqələrdə buraxılan qolla heç-heçə şansımızı da itirdik.
 
- Sizcə, Belçika yığması çoxmu dəyişib?
- Bu komandanın son oyunlarını görməmişəm. Ancaq hər halda onlardan qorxmaq lazım deyil. Mən Azərbaycan yığmasına çıxış etmişəm və bilirəm ki, səfər oyunlarında problemlərimiz olur. Ev oyunlarında çox yaxşı təsir bağışlasaq da, səfər matçlarında həyəcanlı oluruq. O zaman onların heyətinə Dembele, van Buyten və başqaları var idi. Amma onların hansı heyətlə oynayacağından çəkinmək lazım deyil. Ən əsası Azərbaycan yığmasının öz bacardığı oyunu sərgiləməsidi.
 
- Hazırda belçikalıların heyətində çoxlu gənc futbolçular var ki, komanda onların sayəsində uğurlu nəticələr qazanır...
- Öz şansından yararlanmaq lazımdı. Belçikalıların heyətində hazırda ulduz oyunçu yoxdu. Odu ki, rahat oynamaq olar. Prinsipcə, istənilən komandaya qarşı oynamaq olar. Sadəcə futbol oynamaq və 90 dəqiqə müdafiədə oturmamaq lazımdı. Axı çox şey hücumdan asılıdı. Ev oyunlarında yığmamız tam başqa olur. Səfər oyunlarında isə komandanı tanımaq olmur.
 
- Hesab edirsiz ki, Brüsseldə açıq futbol oynamalıyıq?
- Mən açıq futbol sərgiləməyi təklif etmirəm. Sadəcə hücumlar təşkil edib, öz zamanını gözləməlisən. Məsələn, əks-hücumlarda oynamaq bizim işimizə yaraya bilər. Bütün oyunboyu müdafiə olunmaqdan heç nə çıxmaz. Əlbəttə, komandanın baş məşqçisi bunu daha yaxşı bilir. Ancaq son dövrlər o, nədənsə daha çox müdafiəyə diqqət ayırır. Hamı bilir ki, hətta sən 8 müdafiəçi ilə də oynasan, hesab yenə sənin xeyrinə ola bilməz.
 
- Komandamızın qarşıdakı oyunda şansı var?
- Şans həmişə var. Sadəcə özünə inanmaq lazımdı. Biz Almaniyaya qarşı neçə müdafiəçi ilə oynadıq, necə nəticə qeydə alındı? Bilmirəm nə problemdi, amma futbolçularda özünəinam lazımdı. Rəqibə hörmət etmirsiz? Özünüzə də hörmət edin. Onda daha yaxşı oynarlar.
 
- Ola bilər ki, hücumdakı problemlərimiz də məhz müdafiəyə daha çox diqqət ayırmaqdan irəli gəlir?
- Mən nə qədərdi Azərbaycan yığmasını tanıyıram, həmişə hücumda problemlər olub. Həmişə az qol vurmuşuq. Razıyam ki, müdafiə haqda daha çox düşünən komandanın hücum xətti də qol vura bilməz. Axı əsas vəzifə qol buraxmamaqdı. Yenə deyirəm – rəqibdən qorxmaq lazım deyil. Bakıda qətiyyən qorxu bilməyən futbolçular səfər görüşlərində də özlərini elə hiss etməlidilər.
 
- Komanda 1 xalla dönə bilər?
- Mən inanıram ki, əgər layiqli oyun sərgiləsək, rəqibdən qorxmasaq, evə ən azı bir xalla qayıda biləcəyik. Belçika top-komanda deyil. Onlarda indi keçid dövrüdü. Əlbəttə, futbolçuları aparıcı çempionatlarda oynayır. Əgər müdafiə və hücum arasında balans yarada bilsək, onda hər şey istədiyimiz kimi olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.