26 mart 2011 14:28
Yan Vertongen: Azərbaycanla matçda müdafiədən oynaya bilmərik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Belçika yığmasının müdafiəçisi Yan Vertongen martın 29-da keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Ajax”ın arxa xətt oyunçusu millimizlə görüş haqda bunları dilə gətirib:
“Avstriyada biz daha çox müdafiədən oynadıq. Amma Azərbaycan kimi rəqiblərlə oyunlarda biz daha çox hücum etməliyik. Özü də təkcə bu yığmayla yox, eləcə də digər xırda futbol ölkələrinin hamısıyla belə olmalıdı. İndi bizə Azərbaycan və Türkiyə ilə oyunlarda da qələbə qazanmaq çox lazımdı. Əgər qrupda birinci və ya ikinci olmaq istəyiriksə, buna nail olmalıyıq”.
