26 mart 2011 15:34
Gökhan Gönül: Azərbaycana məğlubiyyət işlərimizi bir az dəyişdirdi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının üzvü Gökhan Gönül Avstriya ilə oyun ərəfəsində şanslarını dəyərləndirərkən, Bakıdakı yenilgilərini də yada salıb. Azerisport.az xəbər verir ki, “Fenerbhaçe”nin üzvü bu haqda danışarkən, aşağıdakıları dilə gətirib:
“Seçmə mərhələyə yaxşı başlamışdıq. Biz sadəcə Almaniya ilə çəkişəcəyimizi düşünürdük. Amma Azərbaycana məğlubiyyət işlərimizi bir az dəyişdirdi. Qələbə qazanmalı olduğumuz matçlarda nələr etdiyimizi hər kəs bilir. Avstriya ilə oyunda da qələbə qazanacağıq. Amma çətin olacaq”.
