26 mart 2011 18:45
Millimizlə oyunöncəsi açıq məşq
AÇ-2012-nin seçmə mərhələsində martın 29-da Brüsseldə millimizi qəbul edəcək Belçika yığması açıq məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, onlar bu gün yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə saat 20:30), martın 27-də isə saat 10:30-da (Bakı vaxtı ilə 13:30) mətbuat üçün açıq məşqə çıxacaq.
Məşqlər “White Star Woluwe” stadionunda olacaq. Qeyd edək ki, Belçika - Azərbaycan matçı martın 29-da "Rua Boduen" stadionunda keçiriləcək.
