26 mart 2011 19:03
Yığmamız avstriyalılara 2 qol vursa da, uduzdu
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Avstriyanın “Altenmark” klubunun U-15 komandası ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub.
Komandamızın heyətində hər iki qolu Suğra Xəlilova vurub.
