26 mart 2011 12:04
“Azərbaycanı məğlub etməsək, Avstriya üzərindəki qələbənin əhəmiyyəti olmayacaq”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens bildirib ki, onun komandası qarşıdakı Azərbaycanla ev oyununda mütləq qalib gəlməlidi. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı dünən Avstriya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Əgər biz Azərbaycanla oyunda 3 xal qazana bilməsək, onda Avstriya üzərindəki qələbənin heç bir əhəmiyyəti qalmayacaq. Çox təəssüf ki, Vensan Kompani bu qarşılaşmada forma geyə bilməyəcək. Ancaq azarkeşlərimizin dəstəyi sayəsində biz istəyimizə nail olacağıq”.
