26 mart 2011 19:12
Millimiz ispanlara 4 cavabsız qolla qalib gəldi (YENİLƏNİB)
İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin yetirmələri yerli “UD Marbelya” komandası ilə yoldaşlıq oyunu keçiriB.
Qarşılaşma komandamızız 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Yığmamızın ilk qoluna 39-cu dəqiqədə Cavid İmamverdiyev imza atıb. Sonrakı qolları isə 77-ci dəqiqədə Emin Mustafayevlə 79-cu dəqiqədə Emin Mehdiyev vurub. 85-ci dəqiqədə isə Kamil Nurəhmədov dördüncü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib.
Xatırladaq ki, yığmamız martın 24-də qvineyalı həmyaşıdlarından ibarət komanda ilə keçirdiyi yoldaşlıq oyununda futbolçularımız minimal hesablı qələbəyə sevinmişdilər. Komandamız bu hazırlıq prosesi çərçivəsində daha bir sınaq matçı keçirəcək ki, həmin oyunda da rəqib Rusiya millisi olacaq.
