26 mart 2011 12:26
Belçika ilə oyuna bizim üçün uğursuz olan hakim təyin olundu
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan matçının hakimi müəyyənləşib. Azerisport.az xəbər verr ki, UEFA A qrupu çərçivəsində baş tutacaq bu görüşü isveçli Daniel Stalhammerə tapşırıb.
Artıq onun köməkçiləri də məlumdu. Belə ki, Stalhammerə həmyerliləri Peter Martinsson, Yoahim Flink və Martin Hansson yardım edəcək.
Qeyd edək ki, Stalhammer ilk dəfə yığma komandaların oyununda hakim kimi ədaləti qorumuş olacaq. Lakin indiyə qədər köməkçi hakim kimi təyinatlar almış isveçlinin yığmamızla da yolları kəsişib. O, elə bu seçmə tsiklə təsadüf edən Almaniya ilə səfər oyunumuzda (1:6) dördüncü hakim olmuşdu.
