27 mart 2011 13:16
Leekens Kompaniyə əvəzləyici tapdı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens müdafiəçi Vensan Kompaniyə əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, o, Avstriya ilə son oyunda sarı vərəqə limitini aşaraq cəzalı duruma düşən bu oyunçunun əvəzində Azərbaycanla görüşdə Nikolas Lombertsin xidmətindən yararlanacaq.
Leekens uzun müddətdi zədə problemi üzləşən bu futbolçunun da xidmətindən yararlanmaya bilərdi. Lakin həkimlər artıq Lombertsi sıraya qaytardığından, sözügedən çatışmazlığı qeyd etdiyimiz kimi aradan qaldıracaq: “Əməliyyatdan sonra Lomperts öz üzərində çox çalışırdı ki, əvvəlki formasını bərpa etsin. Fikrimcə, Nikolas artıq bu seçimimizə layiqdi”.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.
