27 mart 2011 01:26
Leekensin Romelu planları hələ də qaranlıq qalır
Belçika yığmasının baş məşqçisi Jorj Leekens AÇ-2012-nin seçmə mərhələsinin martın 29-da keçiriləcək Azərbaycanla oyununda komandasının aparıcı oyunçularından olan Romelu Lukakunun xidmətindən yararlanacağını hələ də dəqiq bilmir. Azerisport.az xəbər verir ki, o, “Anderlecht”in hücumçusunun son durumu haqda danışarkən, bunları dilə gətirib:
“Hələlik gözləməli və hadisələrin necə inkişaf edəcəyinə baxmaq lazımdı. Düşünmürəm ki, hər şey elə pis olacaq. Niyə o əsəbləşməlidi ki? Sadəcə Romelu yığmada oynamağı çox istəyir”.
