27 mart 2011 13:44

Qyoko Haciyevski: Brüsseldə xoşbəxtliyi əks-hücumlarda axtarmalıyıq

2007-ci ildə Azərbaycan millisi AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edərkən, komandamızın baş məşqçisi vəzifəsini makedoniyalı mütəxəssis Qyoko Haciyevski yerinə yetirirdi. “Simurq”un hazırkı baş məşqçisi azerisport.az saytına müsahibəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan görüşü öncəsi şansları dəyərləndirib.
 
- Fasilədən istifadə edib vətəninizə gedə bildiz?
- Bəli. Bir neçə günlük də olsa, Makedoniyada oldum. Evdə həmişə yaxşı olur. Amma indi artıq çempionat haqda düşünməliyik.
 
- Amma biz bu gün sizinlə “Simurq”dan yox, yığma komandamızdan danışmaq istərdik...
- Böyük məmnuniyyətlə. Yeri gəlmişkən, mən də bu oyuna baxmağı böyük maraqla gözləyirəm.
 
- 2007-ci ildə siz milli komandamızla birgə belçikalılarla üz-üzə gəlmisiz. Həmin oyunu necə xatırlayırsız?
- Bir şeyi qeyd etmək lazımdı ki, o vaxt onlar Bakıya heç də xüsusi motivasiya ilə gəlməmişdilər. Ancaq nəticədə pis oyun sərgiləmədilər. Baxmayaraq ki, qələbəyə daha çox biz layiq idik. Onların qapısı qarşısında kifayət qədər qol vəziyyəti yaratsaq da, dəyərləndirə bilmədik. Öncə Zaur Ramazanovun bəxti gətirmədi, Qomeş əla şansı dəyərləndirə bilmədi, hakim Zaur Tağızadəyə qarşı qayda pozuntusu zamanı təmiz penaltimizi təyin etmədi. Üstəlik hava şəraiti də hücum futbolua sərgiləməyimizə mane olurdu. İkinci hissədə güclü yağış başladı.
 
- Həmin dövrlə müqayisədə belçikalılarda indi nə dəyişib?
- Martın 25-də keçirilən Avstriya – Belçika matçının sadəcə son 5 dəqiqəsinə baxmaq imkanım oldu. Onların 5-6 əsas heyət oyunçusu bu oyunda iştirak edə bilmirdi. Bütün bunlara baxmayaraq, onlar hamı kimi məni də təəccübləndirdilər. Mənim daha çox xoşuma gələn isə iki qolun müəllifi olan futbolçu oldu.
 
- Aksel Vitsel...
- Bəli, o. Deyəsən, “Standard”da oynayır. Gözəl komandadı. Mən vaxtilə onlara qarşı oynamışam.
 
-  Vyanadakı nəticə Azərbaycanın Brüsseldəki şanslarına nə dərəcədə təsir göstərdi?
- Əlbəttə, belçikalılar ordan məğlub dönsəydi, komandamızın şansları daha çox olardı. Ancaq indi onlar emosional yüksəlişdədi. Bizə də müdafiədə çox oturmamaq lazım gələcək. Rəqib həmişə hücuma atılanda boş zonalar buraxır. Əks-hücumlar təşkil etməyə hazır olmaq lazımdı. Necə ki, Türkiyə ilə oyunda bunu bacardıq.
 
- Yəni daha çox hücum etməliyik?
- Azərbaycan millisində Belçikanı təəccübləndirəcək oyunçular var. Məsələn, Rauf Əliyev, Vüqar Nadirov, Vaqif Cavadov. Onlar gəncdilər, cəlddilər. Belçikalıların heyətində problemlər var ki, onlardan yararlanmaq lazımdı. 90 dəqiqə müdafiədə oturmaq bizə heç nə qazandırmayacaq. Amma hücumlar təşkil etməklə, xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmaqla biz meydan sahiblərinə əsl sürpriz yaşada bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.