27 mart 2011 01:53
Qarabağ və XL-ın futbolçuları Belarusa qalib gəldi
"Qarabağ" və "Xəzər Lənkəran"ın futbolçuları AÇ-2012-nin seçmə mərhələsində qələbəyə seviniblər. Azerisport.az xəbər verir ki, Premyer Liqamızda top qovan bu üç futbolçunun çıxış etdiyi Albaniya millisi Belarusu məğlub edib.
Albaniya öz meydanında keçirdiyi oyunda 1:0 hesablı qələbəyə sevinib. Matçın yeganə qoluna 62-ci dəqiqədə Hamdi Salihi imza atıb.
Albaniya yığmasının baş məşqçisi Yosip Kuze "Qarabağ"ın oyunçuları - Ansi Aqolli və Admir Teliyə start heyətində şans verib. Hər iki futbolçu matçı əvəzedilmədən keçirib. "Xəzər Lənkəran"ın oyunçusu Elvin Beqiri isə 6 ay sonra yenidən çağırıldığı millinin heyətində meydana çıxa bilməyib. Futbolçu “18-liy”ə düşsə də, baş məşqçi ona şans verməyib.
