27 mart 2011 14:22
Neftçi Qarabağ`la oyunun hazırlıqlarını davam etdirir
Azərbaycan Prmeyer Liqasının 25-ci turunda "Qarabağ"la qarşılaşacaq "Neftçi" məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, klubun bazasında baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşqlərə ara verməyən flaqmanın heyətində, əvəzedici heyətin bir çox üzvü də iştirak edir.
Yığma komandaların heyətinə dəvət edilən futbolçuların iştirak etmədiyi məşqdə, qolkiper Paulius Qribauskas yüngül qaçışla kifayətlənib.
