27 mart 2011 14:40

Emil Mpenza: Millimiz Azərbaycanı məğlub etməyə borcludu

“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza azerisport.az saytına müsahibəsində Avstriya ilə son oyunlarından danışıb, millimizi Brüsseldə çox çətin görüş gözlədiyini bildirib.
 
- Bu günlərdə AÇ-2012-nin seçmə oyunları keçirilir. Yığmanızın Avstriya ilə oyununa baxdınız?
- Bəli, Avstriya – Belçika oyununu mən də izlədim. Səfərdə çıxış etsələr də, əla oyun sərgiləyib, layiqli qələbə qazandıq. 2:0 hesabı Belçikanın real gücünü göstərir. Halbuki, onlar daha çox qol vura bilərdi. Hesab edirəm ki, bu qələbə mənim ölkəm üçün çox vacib idi. İndi artıq Belçika qrupda ikinci yer uğrunda mübarizə apara bilər. Aydın məsələdi ki, birinci yer Almaniyanındı.
 
- Qrupumuzun ikinciliyi uğrunda mübarizə aparan daha bir iddialı komanda var – Türkiyə...
- Son oyunlardakı məğlubiyyətlər  bu komandanın işini çətinləşdirib. Onlar çoxlu xal itiriblər. Əlbəttə, Türkiyənin ikinci yer üçün oynadığını da heç kim unutmur. Fikrimcə, ikinci yer uğrunda məhz Türkiyə və Belçika yığmaları mübarizə aparacaq. Belçika üzərində qələbə məni də çox sevindirdi. Onlara gələcək oyunlarında da uğurlar arzulayıram.
 
- Martın 29-da Belçika yığması Azərbaycan millisini qəbul edir...
- Çox maraqlı oyun olacaq. Belçika doğma meydanda daha yaxşı oyun sərgiləyir. Buna görə də Azərbaycanı çox çətin qarşılaşma gözləyir. Özü də belçikalılara artıq xal itirmək olmaz. Əgər bizim yığmamız AÇ-nin final mərhələsinə qatılmaq istəyirsə, bütün görüşlərdə qələbə qazanmağa borcludu.
 
- Sizcə, yığmamızın şansları nə dərəcədə yüksəkdi?
- Hər şey hansı futbolçuların oynamasından asılı olacaq. Belçikanın Avstriyaya qarşı oyunu mənim çox xoşuma gəldi. Elə sizin yığmanızda da Türkiyə üzərindəki qələbədən sonra əla motivasiya var.
 
- Bu dəfə siz yığmaya çağırılmamısız. Bəs, cavab oyununa dəvət almaq şansını necə qiymətləndirirsiz?
- Məlum olduğu kimi, zədə səbəbindən yığmaya da dəvət olunmadım. Amma ümid edirəm ki, cavab matçında oynaya biləcəm. Əgər dəvət etsələr, yığmamızın AÇ-nin final mərhələsinə düşməsi üçün əlimdən gələni edəcəm. Əgər sentyabrın 2-də Bakıda Azərbaycana qarşı oynaya bilsəm, çox əla olar. Bu, həm Azərbaycan millisi, həm də “Neftçi”nin imicinə müsbət təsir göstərə bilər. Ümid edirəm ki, bu, baş verəcək.
 
- Siz “Neftçi”nin bir neçə vacib oyununda forma geyə bilmədiniz...
- Mən həmin vaxt Belçikada bərpa dövrünü keçirirdim. Hazırda isə komandayla birgə hazırlıqlara başlamışam. Komandamın mənim olmadığım dövrdə liderliyini davam etdirməsinə çox sevindim. Bizim çempionluq üçün gözəl şansımız var. Mən də əlimdən gələni edəcəm ki, “Neftçi”dəki ilk mövsümümdə çempion olum.
 
- Növbəti turda sizi “Qarabağ”la oyun gözləyir...
- Bu, çox güclü rəqibdi. Amma biz çempion olmaq istəyiriksə, bütün rəqiblərimizə qalib gəlməliyik. “Neftçi” öz oyunuyla birinci yerə layiq olduğunu isbatlayır. Mən heyətə dönməyi və komandama kömək etməyi çox arzulayıram. Hesab edirəm ki, qalan bütün görüşlərimiz çətin olacaq. Amma komandamız bütün bu oyunlara hazırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.