27 mart 2011 20:33
Bakı Superliqa klubunu darmadağın etdi (YENİLƏNİB)
Antalyada 1 həftəlik təlim-məşq toplanışına yollanan "Bakı" hazırlıq oyunları çərçivəsində bu gün daha bir Türkiyə Superliqa təmsilçisi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın bu dəfəki yoxlama oyununda rəqibi "Bucaspor" olub.
Aleksandr Starkovun komandası rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib. "Bucaspor"un qapısından qolları Adnan Bərəkət, Saşa Kaykut, Ruslan Leviqa və Leonardo Roşa imza atıb.
Xatırladaq ki, bir neçə gün öncə keçirilən ilk yoldaşlıq oyununda "İstanbul Böyükşehir Belediyyespor"la qarşılaşan "Bakı" matçı 1:1 hesablı heç-heçə ilə başa vurmuşdu.
Yoldaşlıq oyunu
27 mart
BAKI - BUCASPOR - 4:1
