27 mart 2011 16:52
Qarabağ Simurq`u iki cavabsız qolla keçdi (YENİLƏNİB)
Ağdamın “Qarabağ” və Zaqatalanın “Simurq” klubları Premyer Liqada yaranan qısa fasilədən maksimum yararlanmaq qərarına gəliblər. Azerisport.az xəbər verir ki, bölgə təmsilçiləri bu gün yoldaşlıq görüşündə üz-üzə gəlməklə, yaranan boşluğu aradan qaldırmağa çalışıb.
Komandalar münasibətlərinə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda aydınlıq gətiriblər. İlk dəqiqələrdən hücuma atılan Ağdam klubu iki qol vurmağa nail olub. Sonrakı dəqiqələrdə tərəflərin səyləri bəhrəsiz qalıb və Ağdam klubu qələbə qazanıb.
Yoldaşlıq oyunu
27 mart
QARABAĞ - SİMURQ – 2:0 (2:0)
16. Əfran İsmayılov 30 metrlik məsafədən fantastik cərimə zərbəsi ilə topu "doqquzluğ"a göndərir - 1:0
21. Rəşad Sadiqov "Simurq"u ikinci dəfə məyus edir - 2:0
