27 mart 2011 16:57
İnter`i sabiq oyunçusu məyus etdi (YENİLƏNİB)
Son ölkə çempionu “İnter” və ikinci altılığın liderliyi uğrunda mübarizə aparan “Muğan” da Premyer Liqada yaranmış fasilədən maksimum yararlanmağa qərar verib. Azerisport.az xəbər verir ki, sözügedən komandalar yığmamızın oyunu ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün sınaq görüşündə qüvvəsini sınayıb.
"Şəfa" stadionunda keçirilən qarşılaşma Salyan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu da "bankirlər"in sabiq oyunçusu Anxel Qutyerres vurub.
Yoldaşlıq oyunu
27 mart
İNTER – MUĞAN – 0:1 (0:1)
Qol: Anxel Qutyerres, 11.
