27 mart 2011 19:54
Yığmamız Avstriyada 4 cavabsız qolla qələbə qazandı
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Leoben” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Suğra Xəlilovanın dubl etdiyi oyunda Aliyə Vəliyeva və Aysun Əliyeva hərəyə 1 dəfə fərqlənib.
