27 mart 2011 00:47

Gerets: Belçikanın hətta ikinci heyəti də Azərbaycandan güclüdü

Belçika futbolunun 80-ci illərdəki ən ünlü ismlərindən olan Erik Gerets ölkəsinin yığmasının Azərbaycanla oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablayıb.
 
- Belçika yığmasının Vyanada Avstriya üzərində qazandığı qələbəni necə dəyərləndirərdiz?
- Deməzdim ki, komandamız möhtəşəm oyun sərgilədi. Biz sadəcə tam nəticəyə oynadıq və buna nail olduq. Müdafiəmiz bu görüşdə sadəcə çox yaxşı təsir bağışladı. Qələbədə də məhz bunun sayəsində mümkün oldu.
 
- Azərbaycan üzərində qələbə Belçikanı AÇ- 2012-nin seçmə mərhələsinə vəsiqələrdən birinə əsas namizədə çevirə bilərmi?
- Siz özünüz də hər şeyi görürsüz. Mən hələ ötən ilin sonunda da qətiyyən şübhə etmirdim ki, biz final mərhələsinə qatıla bilərik. Sadəcə bundan sonra sabit oyun sərgiləməliyik.
 
- Belçikanın xal itirmək qorxusu ilə meydana çıxması Azərbaycan millisinin şansını artıra bilərmi?
- Bəli. İstənilən halda komandanızın uğurlu nəticə qazanmaq şansları var. Müasir futbolda sensasiyalar heç də az olmur. Real güc isə başqa məsələdi. Baxmayaraq ki, bizim də Avstriya üzərində səfərdə qələbə qazanmağımız mümkün oldu.
 
- Elə isə siz komandaların real gücünü necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, Belçikanın hətta ikinci heyəti də Azərbaycandan güclüdü. Sizin komandanıza hörmətlə yanaşıram. Elə Belçikada da Berti Foqtsun komandasına hörmətlə yanaşırlar. Azərbaycanla oyun öncəsi ciddi olmaq lazımdı.
 
- Bu nə ilə əlaqədardı?
- Sizin Avstriya üzərindəki qələbənizdən (1:0) sonra hamı başa düşür ki, Azərbaycan bu qrupun bəzi liderləri üçün əsəbləri ilə oynaya bilər.
 
- Azərbaycan yığması Brüsseldə uğur qazanmaq üçün nə etməlidi?
- Ondan başlayaq ki, mən komandanızın bu görüşdə uğur qazanacağına inanmıram. Biz artıq 3 xala əvvəlkindən də çox ehtiyac duyuruq. Əgər AÇ-2012-nin seçmə mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, onda öz meydanımızda 3 xal qazanmağa borcluyuq.
 
- Bizim sualımıza cavab vermədiniz...
- Siz bu görüşdə çox şey etməlisiz. İlk növbədə komandanız fiziki cəhətdən hazır olmalıdı. Çünki Belçika yığması hazırda bu baxımdan Avropada tək-tük rəqibindən geri qala bilər. İstəməzdim ki, mən yığmanıza kömək edim. Çünki mən də bir belçikalıyam. Sadəcə onu deyə bilərəm ki, yığmanız çoxlu pressinq tətbiq etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.