28 mart 2011 00:56
Galatasaray`da Adnan Polat dönəmi sona çatdı
Türkiyənin "Galatasaray" klubunun illik qurultayı keçirilib. Azerisport.az xəbər verir ki, böyük müzakirələrə səbəb olan toplantının sonu olaylarla diqqəti çəkib.
Belə ki, toplantı iştirakçıları səs çoxluğu ilə klubun maliyyə hesabatını qəbul edib. Adnan Polat rəhbərliyinin fəaliyyəti isə məqbul sayılmayaraq, boykot edilib. Nəticələr məlum olduqdan sonra Adnan Polat etiraz edərək, səslərin yenidən sayılmasını istəyib. Bu zaman isə konqres iştirakçılarının böyük əksəriyyəti onu istefaya çağırıb. Etiraza rəğmən Türker Arslan rəhbərliyindəki divan ilk açıqlanan qərarı qəbul etdi.
Rəhbərliyin konqres tərəfindən boykot edilməsi "Galatasaray"ın 30 gün ərzində fövqəladə qurultaya getməsi deməkdi. Mövcud qaydalara əsasən hazırkı rəhbərlikdə təmsil olunan və ya istefa etmiş heç bir idarəçi prezidentliyə namizəd olmayacaq və rəhbərlikdə təmsil olunmayacaq.
