28 mart 2011 01:22
Elnur Allahverdiyev millimizin məşqini buraxmalı oldu
Millimizin müdafiəçisi Elnur Allahverdiyev yığma komandamızın Brüsseldə baş tutan açıq məşqini buraxmalı olub. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın arxa xətt oyunçusunun oyundaşlarından ayrı düşməsinə zədə səbəb olub.
Bu üzdən Elnur heç komandayla birgə stadiona da aparılmayıb və oteldə qalıb. Allahverdiyevin martın 29-da keçiriləcək Belçika ilə görüşdə çıxış edib-etməyəcəyinə isə matç ərəfəsində tam aydınlıq gəlmiş olacaq.
