28 mart 2011 13:19
“Qarabağ`ın uğurlu çıxışı millidəki oyunumuza da müsbət təsir göstərir”
Həftəsonu AÇ-nin seçmə mərhələsinin oyunları baş tutdu. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın başqa ölkələrin şərəfini qoruyanlar futbolçularından Admir Teli və Ansi Aqollinin forma geyindiyi Albaniya millisi qələbəyə sevindilər.
90 dəqiqə forma geyinən alban futbolçular Belarus üzərində 1:0-lıq qələbə qazanaraq 2-ci pilləyə yüksəlib. Digər legioner Andrey Rubin də Latviya millisində start heyətində meydana çıxıb. 57-ci də əvəzlənən Rubinsin komandası səfərdə İsrailə 2:1 hesabıyla məğlub olub. Elə isə görək “Qarabağ”ın legionerləri öz çıxışlarını necə dəyərləndiriblər?
Admir Teli: “Gərgin qarşılaşma oldu. Belaruslar cari tsikldə yaxşı oyun nümayiş etdirir. Doğma azarkeşlər önündə çıxış etdiyimizə görə qələbə qazanmaq istəyirdik. Müdafiəçi olaraq qol buraxdığıma görə işimin öhdəsindən gəldiyimi deyə bilərəm. İndi qələbə qazandıq. Artıq rahatca “Neftçi” ilə oyuna hazırlaşa bilərik”.
Ansi Aqolli: “Azarkeşlərimizin önündə qələbə qazanaraq 2-ci pilləyə yüksəldik. Düzdü, indidən Avropa çempionatının final mərhələsini fikirləşmək düzgün olmazdı. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma Avropa çempionatı haqqında fikirləşmək xoş bir duyğudu. Şansımızı sona qədər qorumağa çalışacağıq. “Qarabağ”ın uğurlu çıxış etməsinin millidə Admirlə mənim oyunuma müsbət təsir etdiyini düşünürəm”.
Andrey Rubins: “İsrail təhlükəli rəqibdi. Amma deməzdim ki, onlara qarşı zəif oynadıq. Erkən vurulmuş qol bir qədər oyunumuzu pozdu. Artıq, bu oyunu unudub qarşıdakı oyunları fikirləşmək lazımdı”.
