28 mart 2011 13:42
Belçika – Azərbaycan görüşü yenə yağış altında baş tutacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Belçika – Azərbaycana görüşü yağış altında keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırda Brüsseldə yağışlı hava şəraiti hökm sürməkdədi ki, bunun sabah da davam edəcəyi proqnozlaşdırılır. Havanın temperaturu 8 dərəcə təşkil edir.
Maraq üçün xatırladaq ki, 2007-ci ildə keçirilən Azərbaycan – Belçika matçı zamanı da Bakıda güclü yağış yağmışdı. O zaman matçın ikinci hissəsində başlayan yağış daha çox millimizə maneə yaradıb, qonaqların işinə yaramışdı. Brüsseldəki havanın kimə yarayacağını isə sabah biləcəyik.
