28 mart 2011 01:05

Berti Foqts Belçika ilə oyun üçün start heyətini müəyyənləşdirdi

Milli komandamızın baş məşqçisi Berti Foqts artıq AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Belçika ilə səfər oyunu üçün heyəti müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin sabahkı oyun üçün planlarını müəyyənləşdirməyə komandamızın Brüsseldə dünən baş tutan açıq məşqi şərait yaratdı.
 
Bütövlükdə heyətdə ciddi və təəccüblü dəyişikliklər yoxdu. Yəni sabahkı oyunun start heyətində bir növ komandamızın əsas özəyini meydanda görə biləcəyik. Bu baxımdan “çərçivə” həmişəki kimi Kamran Ağayevə həvalə olunacaq. Təbii ki, “Qarabağ”da heç də bütün oyunlarda daimi forma geyməyən Fərhad Vəliyevlə və birinci divizion təmsilçisi “Abşeron”da ehtiyatda qalan Andrey Popoviçlə müqayisədə Foqtsun məhz Kamrana üstünlük verməsi tam başadüşüləndi.
 
Müdafiənin cinahlarında Rail Məlikovla Saşa Yunisoğlu çıxış edəcək. Rəşad Sadıqovla Vladimir Levin isə mərkəzdə rəqibin hücumlarının qarşısını almalıdı. Lakin Levinin mövqeyində Saşa Yunisoğlunun çıxış etməsi də mümkündü. Hər halda hər şey Berti Foqtsun seçimindən və zədə səbəbindən son məşqi buraxan Elnur Allahverdiyevin son durumundan asılı olacaq.
 
Ruslan Abışovla Rahid Əmirquliyev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirmək tapşırığı alacaq. Artıq zədəsini sağaldan Mahir Şükürov yarımmüdafiənin sağ cinahındakı doğma yerində olacaq. Soldan rəqibin müdafiəsini yarmaq vəzifəsi Vaqif Cavadovun üzərinə düşəcəksə, yeganə hücumçumuz olacaq Rauf Əliyevin arxasında pleymeykerlik funksiyasını Elvin Məmmədov yerinə yetirəcək.
 
Bir sözlə, komandamızın bu dəfəki matçda da əsas vəzifəsi ilk növbədə qol buraxmamaq olacaq. Millinin düşərgəsində isə oyun ərəfəsində işgüzar və ab-hava hiss olunmaqdadı. Komandamızın üzvləri son məqşdə də istəkli olduqlarını nümayiş etdirdilər. Onların məşq zamanı hətta bir-birinə qarşı kobud oynaması da diqqətlərdən yayınmadı. Epizodların birində Cəmşid Məhərrəmov həmklubu Vaqif Cavadovun ayağına oynadı ki, nəticədə sonuncu həkimin yardımına ehtiyac duydu.
 
Baş məşqçi Berti Foqts da sakit görüşünüylə diqqət çəkməsinə rəğmən, yetirmələrinə nələrisə başa salmağa çalışırdı. “Rua Boduen” stadionunda komandamızın nəyə nail olacağını isə sabah biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.