28 mart 2011 01:41
Vaqif Sadıqov Es-Es-lə yoldaşlıq oyununda davaya düşdü
Mahir Şükürovun yoxluğunda Türkiyədə hazırlıq keçən komandası “Anji” yoldaşlıq matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu millimizin kapitanı Rəşad Sadıqovun sabiq klubu “Eskişehirspor”la qarşılaşıb.
Matç 3:1 hesabıyla qardaş ölkə təmsilçisinin xeyrinə başa çatıb. Lakin görüşün sonuna iki dəqiqə qalmış futbolçular arasında qalmaqal yaranıb. Kobud oyuna üstünlük verən tərəflərin bu cəhdləri sonda yumruq davasına gətirib çıxarıb. Bu davaya isə nəinki meydandakı, hətta ehtiyat oyunçular skamyasında əyləşən futbolçular da qatılıb. Onları yalnız asayiş keşikçiləri və otelin təhlükəsizlik xidmətinin əməkdaşları sakitləşdirə bilib. Hakim dava sakitləşəndən sonra sadəcə qalan iki dəqiqə oynanılıb qurtaran kimi, matçın başa çatdığını bildirib. Münaqişə zamanı yaralanan olmadığı bildirilir.
Maraq üçün qeyd edək ki, Mahir Şükürov hazırda millimizin düşərgəsində yer alsa da, “Anji”nin baş məşqçisi Hacı Hacıyevin əsas köməkçisi olan Vaqif Sadıqov da Mahaçqala klubuyla birgədi.
