28 mart 2011 14:06
XL-ın sabiq baş məşqçisi Ramiz Məmmədova rəqib oldu
Qazaxıstanın “Ordabası” klubu cari mövsümün startındakı 3 ardıcıl uğursuz oyundan sonra baş məşqçi tandemi təşkil edən belaruslu Anatoli Yureviç və Vladimir Belyavski ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi onların əvəzində vaxtilə “Xəzər Lənkəran”ın sükanı arxasında çalışmış Viktor Pasulko ilə razılığa gəlib.
Qeyd edək ki, Pasulko artıq Qazaxıstan futbolu üçün tanış simalardandı. Axı o, ötən mövsüm hazırda həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nun baş məşqçisi idi. Bu dəfə isə o, “Qəbələ”nin sabiq çalışdırıcısına rəqib olub.
Qeyd edək ki, Pasulko “Xəzər Lənkəran”da 2005–2006 mövsümündə çalışmışdı.
