28 mart 2011 14:21
AZAL-dan 7 qol, Benouahi və Yuşkadan het-trik
Premyer Liqanın qalan oyunlarına hazırlığını davam etdirən AZAL yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, millimizin AÇ-2012-nin seçmə mərhələsindəki Belçika ilə oyununa görə yaranan fasilədən səmərəli yararlanmaq istəyən “təyyarəçilər” əvəzedici komandasını sınağa çəkib.
Nazim Süleymanovun yetirmələri bu qarşılaşmada 7:2 hesabıyla qələbə qazanıblar. Zohair Benouahi və Qvidas Yuşkanın het-trikə imza atdığı qarşılaşmada Gennadi Bliznyuk da bir qol vurub. AZAL-ın ikinci komandasının heyətində isə Anar Həsənovla Vüsal Qarayev fərqlənib.
