28 mart 2011 14:38
Rəşad Sadıqov: Düşünmürəm ki, açıq futbol oynarıq
Yığma komandamızın kapitanı Rəşad Sadıqov sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Belçika ilə oyunda açıq futbol sərgiləyəcəklərini düşünmür. Azerisport.az saytına açıqlamasında “Qarabağ”ın üzvü bunları dilə gətirib:
“Düşünmürəm ki, açıq futbol oynamalı olarıq. Təbii ki, oyun üçün müəyyən bir taktika seçiləcək. Biz o səviyyədə deyilik ki, Belçikaya onların meydanında oyunumuzu diqtə edək”.
