28 mart 2011 14:55
Berti Foqts: Xüsusi motivasiyaya ehtiyac yoxdu
Yığma komandamızın baş məşqçisi Berti Foqts sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Belçika ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, çətin qarşılaşma öncəsi bunları dilə gətirib:
“Belə oyunlarda futbolçuları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Onlar özləri başa düşməlidilər ki, bu oyunda onları bütün Avropa izləyəcək. Fellaini, Kompani və ya başqa futbolçuların olmamasını üstünlük kimi dəyərləndirə bilmərik. Çünki onları başqaları əvəzləyəcək. Belə şeylərə görə qətiyyən arxayınlaşmaq olmaz”.
