28 mart 2011 15:31

Foqts: Çalışacağıq ki, Belçika bizə qarşı öz oyununu göstərə bilməsin

Yığma komandamızın baş məşqçisi Berti Foqts sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Belçika ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, çətin qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
 
- Artıq doqquz gündü hazırlıq keçirik. Bütövlükdə hazırlıqlardan razıyam. İlk günlərdə fiziki hazırlıqlar daha çox vaxt aparırdı. Komandadakı hazırkı vəziyyət müsbətdi. Ümid edirəm ki, biz məşqlərdəki əziyyətimizin bəhrəsini meydanda da görəcəyik. Qarşıdakı oyunu səbrsizliklə gözləyirik. Bir neçə gün öncə belçikalılar Avstriya ilə səfər oyununda yaxşı oyun göstərdilər, qələbə qazandılar. Buna baxmayaraq, biz onlara qarşı oynamağa hazırıq.
 
- Elnur Allahverdiyevin yoxluğu komandamızın çıxışına təsir etməyəcək ki?
- Elnur yaxşı oyunçudu. Zədə səbəbindən o bu oyunda iştirak edə bilməyəcək. İtkilərdən danışmağı sevmirəm. Onun əvəzində başqası oynayacaq. Onu geri qaytarmağımızın da səbəbini başa düşməlisiz. O, “Xəzər Lənkəran”ın oyunçusudu və orda əmək haqqı alır. Onu klubunun həkimləri yoxlamalıdı.
 
- Türkiyə üzərində qələbə qazanmışdıq. İndi növbədə Belçikanın olduğunu demək olar?
- Əgər Belçikaya qalib gəlsək, bu, tam fərqli olacaq. Çünki həmin görüşdən fərqli bu oyun səfərdə olacaq. Bizim üçün çox çətin olacaq. Axı belçikalılar Vyanada Avstriya üzərindəki qələbədən sonra böyük ruh yüksəkliyinə malikdi. Çalışacağıq ki, onlar bizə qarşı öz oyunlarını göstərə bilməsinlər. Bildiyiniz kimi, mən Belçikadan heç də uzaqda olmayan Münhenqladbaxda yaşayıram və bu komandanı yaxşı tanıyıram. Rəqibdən hansısa sürpriz gözləmirəm.
 
- Jorj Leekenslə yaxşı tanışsız?
- Biz birgə Cənubi Afrikada olmuşuq. Mən onun işini yaxından izləmişəm, uğuruna sevinmişəm.
 
- Belçikalıların bir neçə əsas heyət oyunçusu bizimlə qarşılaşmada forma geyə bilməyəcək. Bu, futbolçularımızı arxayınlaşdıra bilməz ki?
- Belə oyunlarda onları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Futbolçular özləri başa düşməlidilər ki, onları bütün Avropa izləyəcək. Onlar özlərini göstərməyə borcludular. Fellaini, Kompani və ya başqa futbolçuların olmamasını üstünlük kimi dəyərləndirə bilmərik. Çünki onları başqaları əvəzləyəcək. Belə şeylərə görə qətiyyən arxayınlaşmaq olmaz.
 
- Belçikanın Vyanadakı qələbəsi sizin üçün sürpriz oldu?
- Almaniyanın Brüsseldəki qələbəsi mənim üçün sürpriz olmuşdu. Belçika təkcə Avstriyanı yox, Türkiyəni də məğlub edə bilərdi. Belçikalılar çox güclüdü və bu, normaldı. Avstriyada buraxdığımız səhvləri bu dəfə təkrarlamamalıyıq. Həmçinin Almaniyadakı kimi əlavə vaxtda qol buraxmamalıyıq. Səhvlər oyundan oyuna azalmalıdı.
 
- Bu oyunda da müdafiədə oturacağıq?
- Xeyr. Unutmayın ki, bu seçmə tsikldə Almaniya yığmasına yeganə qolu biz vurmuşuq.
 
- Azarkeşlər sizi müdafiəyəmeylli oyuna görə çox tənqid edirlər...
- Əgər rəqib imkan versə, hücum futbolu sərgilərik. Ola bilsin ki, azarkeşlər xarici çempionatlara baxarkən necə sürətli hücum futbolu oynanılmasının şahidi olurlar. Avropada sürətli oyuna üstünlük verirlər. Biz isə sadəcə rəqibin imkan verəcəyi dərəcədə oynaya bilirik. Səviyyə fərqi sözünü deyir. Biz öz oyunumuzu göstərə bilmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.