28 mart 2011 15:40
Belçikanın da start heyəti müəyyənləşdi
Belçika yığmasının AÇ-2012-nin seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan millisi üçün heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, belçikalıların baş məşqçisi Jorj Leekens sabahkı oyunda ilk dəqiqələrdən aşağıdakı adları göstərilən futbolçuların xidmətindən yararlanacaq:
Simon Minolye, Loran Siman, Van Buyten, Nikolas Lomberts, Yan Vertongen, Timmi Simons, Eden Hazard, Aksel Vitsel, Mussa Dembele, Naser Çadli, Kevin Miralyas.
Qeyd edək ki, Belçika – Azərbaycan matçı sabah Brüsseldə keçiriləcək.
