28 mart 2011 15:51
Foqts: Onu bir yoxlama oyununda da sınaqdan keçirmək istəyirəm
Millimizin baş məşqçisi Berti Foqts komandayla birgə Almaniyada hazırlıq keçərkən Uğur Pamuk adlı futbolçunu sınaqdan çıxarmağa da imkan tapıb. Azerisport.az xəbər verir ki, Almaniyanın aşağı liqa klublarından birində çıxış edən oyunçu baş məşqçinin xoşuna gəlib və o, Pamuku yenə yoxlamağa davam edəcək:
“Əsas odu ki, o, özü komandamızda oynamaq istəyir. Bir məşq onun üçün kifayətdi. İndi onu bir yoxlama oyununda da sınaqdan keçirmək istəyirəm. Hər halda o Almaniyada çıxış edir. Hansı ki, burda futbol daha dinamik və sürətlidi”.
