28 mart 2011 16:27
Qazaxıstan yığmasının üzvü millimizlə ev oyununda 3 xal qazanacaqlarına inanır
AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Qazaxıstan yığmasının futbolçusu Heynrix Şmidtqal qarşıdakı Azərbaycanla ev oyunu barədə proqnozunu verib. Azerisport.az xəbər verir ki, A qrupunun autsayderi olan qazaxların aparıcı üzvü komandamızla matçlarda uğur qazanacaqlarına inanır:
“Bizim Kayzerslauterndə Almaniya yığması ilə oyunda şansları çox az idi. Bu, bizim xal qazanmağı hədəflədiyimiz matçlardan deyildi. Düzdü, biz heç də açıq futbol sərgiləmədik. Amma hələ ilk oyunumuzda göstərmişdik ki, futbol oynaya bilirik. Belə görüşlər isə daha çox təcrübə toplamaq baxımından vacibdi. İnanıram ki, Azərbaycanla ev oyununda 3 xal qazana biləcəyik”.
