28 mart 2011 17:40
Əsgər Abdullayev milli üzvlərini erkən qol buraxmamağa səslədi
Milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayev sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, sabahkı görüş öncəsi futbolçularımızı erkən qol buraxmamağa səsləyib:
“Belçika Avstriyaya qarşı səfərdə əla oyun sərgilədi. Bu qələbə rəqibin real gücünü göstərir. Onların hətta AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmaq şansı da var. Buna görə də onlar bizə qarşı tam güclərini qoyacaqlar. Çalışmaq lazımdı ki, erkən qol buraxmayaq. Məhz bundan sonra ehtiyatlı oynayıb, əks-hücumlarda nəyəsə ümid etmək olar”.
