28 mart 2011 18:57
Lukakunun millimizə qarşı oynamayacağı dəqiqləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcək Belçika yığmasının aparıcı oyunçularından Romelu Lukakunun da sabahkı qarşılaşmada forma geyə bilməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, xeyli müddət idi 17 yaşlı forvardın bu qarşılaşmada forma geyib-geyməyəcəyi müzakirə mövzusuna çevrilmişdi.
Lakin Azərbaycanla ev oyununda oynadacağına inandığını deyən baş məşqçi Jorj Leekens də son anda gənc futbolçu ilə bağlı riskli addım atmaq istəməyib: “Fiziki cəhətdən o oynamağa tam hazırdı. Amma buna baxmayaraq, mən onunla risk etmək istəmirəm. Mən həm Lukakuya, həm də digər futbolçulara görə cavabdehlik daşıyıram. Biz onun zədəsini daha da ağırlaşdıra bilməzdik”.
