28 mart 2011 12:08
Allahverdiyev millinin heyətindən kənarlaşdırıldı
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, buna onun zədələnməsi səbəb olub.
Xatırladaq ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimiz martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də Brüssel şəhərində Belçika yığması ilə qarşılaşacaq. Elnurun isə həmin qarşılaşmada iştirak edəcəyinə dair ümidlər boşa çıxdı.
