28 mart 2011 00:23
Belçika daha bir müdafiəçisini itirdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Belçika yığması martın 29-da keçiriləcək oyun öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, müdafiəçi Loran Siman da Belçika – Azərbaycan görüşünü buraxa bilər.
Avstriya ilə oyundan sonra onun da zədələndiyi aşkar olunub. Hazırda həkimlərin sağaltmağa çalışdığı futbolçunun martın 29-da baş tutacaq millimizlə görüşə hazır olub-olmamasına oyun günündə aydınlıq gələcək.
