28 mart 2011 00:34
Vitsel: Azərbaycan və Türkiyə ilə oyunlarda hədəfimiz 6 xal qazanmaqdı
AÇ-2012-nin seçmə mərhələsində sabah millimizi qəbul edəcək Belçika yığmasının gənc forvardı Aksel Vitsel bu oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, martın 25-də keçirilən Avstriya ilə səfər oyununda dubla imza atmaqla diqqətləri üzərinə çəkən bu hücumçu Azərbaycanla oyun ərəfəsində də iddialı danışıb:
“Avstriya ilə oyuna kimi çox az adam inanardı ki, biz Avropa çempionatına yollanmaq üçün şanslarımızı bu qədər yaxşılaşdıra bilərik. Bizim heç xüsusi məqsədimiz də yox idi. Ancaq indi gözəl şansa malikik. Qarşıdakı Azərbaycan və Türkiyə ilə oyunlarda hədəfimiz 6 xal qazanmaqdı. Bunu gerçəkləşdirməyə borcluyuq”.
