28 mart 2011 12:54

Zaur Ramazanov: Belçika yığmasında da bizim kimi insanlar top qovur

Veteran futbolçumuz Zaur Ramazanov azerisport.az saytına müsahibəsində 2007-ci ildə keçirilən Belçika ilə oyunlardan, sabahkı oyundan və Rauf Əliyevlə Əfran İsmayılovdan danışıb.
 
- 2007-ci ildə Qyoko Haciyevskinin rəhbərliyi altında Belçikaya 0:1 hesabıyla uduzduğunuz oyun yadınızdadı?
- Biz onda məğlubiyyətə layiq deyildik. Minimum bir xal qazanmalıydıq. Biz onda Belçikadan bir az yaxşı oynamışdıq. Haciyevski millidə cəmi 2 oyunluq qaldı. Öncə Helsinkidə Finlandiyaya 1:2 uduzduq. Ardından isə Bakıda Belçika ilə görüşdük. Təəssüf ki, həmin oyunda bir çox şanslardan yararlana bilmədik. Yadımdadı, Mahmud Qurbanov əla ötürmə versə də, onu qola çevirə bilmədim.
 
- Komandamız o oyunda niyə uduzdu?
- Mən həmin oyunu özüm üçün yazmışam. Ona bir neçə gün ardıcıl baxmışam. Biz onda güclü idik. Bizim sadəcə bəxtimiz gətirmədi. Düzdü, Belçika Almaniya deyildi. Buna görə də, biz bu oyuna bütün gücümüzü qoymuşduq və meydana yalnız qələbə üçün çışmışdıq. Elə qarşıdakı oyunda da Azərbaycan Belçika üçün sürpriz edə bilər. Ən əsası normal oyun sərgiləmək və qorxmamaq lazımdı.
 
- Amma Belçika indi daha güclü futbol sərgiləməyə başlayıb. Bu, sizə belə gəlmir?
- Onların ruslarla yoldaşlıq görüşünə baxmışdım. Onda rusları 2:0 məğlub etdilər. Bəli, razıyam ki, Belçika yaxşı oynayır. Amma bu, o demək deyil ki, onları məğlub etmək olmaz. Ruslarla oyunda belçikalıların bəxti gətirdi. Rusiyanın oyunu alınmadı. Bizim bu rəqiblə dueldə açıq oyun sərgiləməyimiz mümkün deyil. Amma müdafiədə də oturmamalıyıq. Ağıllı oynamaq lazımdı. Belçika yığması çox dəyişməyib. Sadəcə onların hazırda qalib heyəti var ki, bu da az əhəmiyyət daşımır.
 
- İnanırsız ki, komandamız  Brüsseldə sürprizə imza atsın?
- Mənə elə gəlir, heç-heçə olacaq. Yığmamızda bəzi futbolçular var ki, əla formadadılar. Məsələn, Rauf Əliyev. Elə bilirdim Berti Foqts Əfran İsmayılovu da çağıracaq. Amma o, kənarda qaldı. Futbolçular hamısı başa düşməlidi ki, hər şey onlardan asılıdı. Topu itirməmək, hücum təşkil etmək, pressinqə əl atmaq lazımdı. Axı Belçika yığmasında da elə bizim kimi insanlar top qovur. Ola bilər ki, onlarda ustalıq səviyyəsi yüksəkdi.
 
- Ancaq sirr deyil ki, Azərbaycan səfərdə yaxşı oyun sərgiləyə bilmir...
- Düzdü, səfərdə yığmamıza çox çətin olur. Çoxları sadəcə həyəcanlanır. Bu problem artıq neçə illərdi var. Ancaq futbolçular hər şeyin onlardan asılı olduğunu anlasa, yaxşı olacaq. Məsələn, hücumçular sona kimi mübarizə aparmalıdı. Forvardlarımız çox vaxt durub gözləyir ki, top ona gəlsin və ya gələndə də hara gəldi, zərbə vurur. Məgər belə futbol oynamaq olar? O, heç olmasa bir-iki rəqibini aldatmalıdı, rəqibdən top almağa çalışmalıdı. Hücumçu rəqibin nəyindən qorxmalıdı? Qoy onlar qorxsun ki, penaltiyə səbəb ola bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.