29 mart 2011 14:07
İntizam Komitəsi növbəti cəzalarını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, millinin oyunlarıyla əlaqədar Premyer Liqada və əvəzedicilərin çempionatında fasilə yaransa da, birinci divizionda istirahətə ehtiyac duyulmamışdı. Elə İK-nın son qərarları da məhz bu çempionatın son turu ilə bağlıdı.
Futbol üzrə Azərbaycan birinci divizionunun 19-cu turunun “Neftçala” – “Bakılı” matçının 90+4-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Ülvi Səfiyaroğlu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“MKT-Araz” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
