29 mart 2011 14:11

Belçikalılar Neftçi haqda yazdı

Ötən ilin sentyabr ayında Belçikanın  məşhur “Sport foot magazine” nəşrinin əməkdaşları Stefan Van der Velde və Erik Herşaft "Neftçi"nin düşərgəsini ziyarət etmişdilər. Azerisport.az xəbər verir ki, səfər müddətində belçikalılar flaqmanın məşqlərindən geniş reportaj hazırlamış, klub rəhbərliyi ilə görüşmüş, komandamızın belçikalı hücumçusu Emil Mpenzadan müsahibə götürmüş və AFFA-da olmuşlar.
 
Yığmamızın bu gün Belçika ilə keçirəcəyi oyunöncəsi "Sport foot magazine" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında belçikalılar "Neftçi"yə geniş yer ayırıblar. Stefan Van der Velde və Erik Herşaft Bakı təəssüratlarını jurnalın səhifələrinə həkk etməklə yanaşı, komandamız haqqında ətraflı məlumat veriblər. Emil Mpenzanın müsahibəsinədə jurnalda geniş yer verilib. Həmçinin belçikalı jurnalistlər Azərbaycan futbolunun son illər inkişafda olduğunu da öz yazılarında xüsusi vurğulayıblar. Həmçinin "Sport foot magazine" jurnalının elektron versiyasında mütəmadi olaraq Azərbaycan futbolu və "Neftçi" haqqında yazılara yer verilir və belçikalı oxucular futbolumuz haqqında daim məlumat alır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.