29 mart 2011 14:29

Nikolas Lomberts: Azərbaycana 10 dəqiqəyə 2 qol vurmaq mümkün deyil

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün millimizi qəbul edəcək Belçika yığmasının aparıcı oyunçularından olan müdafiəçi Nikolas Lomberts Azərbaycanla oyun öncəsi jurnalistlərin suallarını cavablayıb. Azerisport.az onunla müsahibəni sizə də təqdim edir.
 
- Azərbaycanla oyundan nə gözləyirsiz?
- Ancaq qələbə gözləyirəm. Başqa heç nə ola bilməz.
 
- Avstriyaya qarşı sərgilədiyiniz oyunu göstərə biləcəksiz?
- Siz demək istəyirsiz ki, ilk 10 dəqiqədə 2 qol vurmalıyıq? Mən də buna etiraz etməzdim. Amma düşünmürəm ki, bu, bizdə alınsın.
 
- Niyə?
- Ona görə ki, Azərbaycan yığması daha müdafiəyəmeylli futbol sərgiləyir, nəinki Avstriya. Onlar öz qapılarına sıxışsa və işimizi çətinə salsa, heç kim deyə bilməz ki, biz neçənci dəqiqədə qol vura bilərik.
 
- Siz müdafiəçisiz və yəqin ki, işiniz bu oyunda az olacaq...
- Azərbaycan əks-hücumlara bel bağlamalı olacaq. Buna görə də bizə maksimum diqqətli olmaq lazımdı. Onların da heyətində sürətli futbolçular var. Hansı ki, bunu Türkiyə ilə oyunda da göstəriblər.
 
- Yeri gəlmişkən, həmin oyuna yəqin ki, baxmısız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Azərbaycan həmin oyunda türklərin arxayınlaşmasından yararlanaraq qələbə qazandı. Yəqin onlar rəqibi qiymətləndirməyiblər və asan qələbə qazanacaqlarını düşünüblər. Amma nəticədə hər şey fərqli alınır.
 
- Hansısa nəticə çıxarmısız?
- Türklərə sağ ol deyirəm ki, həmin gün Azərbaycana uduzublar. Nəticədə ilk növbədə biz onları turnir cədvəlində qabaqlamağa nail olduq. İkincisi isə, biz indi dəqiq bilirik ki, Azərbaycana qarşı qətiyyən arxayınlaşmaq olmaz və necə oynamaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.