29 mart 2011 14:38
Simons: Unutmayq ki, Azərbaycan Türkiyə üzərində qələbə qazanıb
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycanı qəbul edəcək Belçika yığmasının müdafiəçisi Timmi Simons millimizlə oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qarşılaşma öncəsi bunları dilə gətirib:
“Əgər Azərbaycanla oyunda qələbə qazana bilməsək, Avsriya üzərindəki zəfərimiz öz mənasını itirəcək. Həmçinin onu da unutmamalıyıq ki, Azərbaycan Türkiyə üzərində qələbə qazanan komandaya malikdi. Buna görə də oyuna həddən artıq arxayın çıxmamalıyıq. Xüsusilə də belə zəif komandalarla oyuna”.
