29 mart 2011 14:43
Qarabağ istirahətə buraxıldı
Yoxlama oyununda "Simurq"a qalib gələn "Qarabağ"ın futbolçuları istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun üzvləri bu gün istirahət edəcək.
Bazar günü "Neftçi" ilə qarşılaşacaq komandanın proqramında bu gün məşq yoxdu. Dünən isə Qurban Qurbanov yetirmələrinə yüngül məşq keçib. "Qarabağ"ın sabaha iki məşqi nəzərdə tutulub.
