29 mart 2011 15:38
Azərbaycan Brüsseldə minimal hesablı qələbə qazanacaq
Millimiz AÇ-2012-nin seçmə mərhələsinin bu gün keçiriləcək Belçika ilə oyununda minimal hesablı qələbəyə sevinəcək. Azerisport.az xəbər verir ki, bu qənaətə saytımızda keçirilən sorğuya qatılan oxucularımız gəlib.
Sorğuda iştirak edənlərin 26 faizi məhz Berti Foqtsun yetirmələrinin Brüsseldən sürpriz nəticə ilə dönəcəyini düşünür. Bundan bir qədər az oxucumuz komandamızın darmadağın olacağını proqnozlaşdırırsa, 19 faizi də minimal hesabla uduzacağımızı ifadə edib.
Qeyd edək ki, Belçika – Azərbaycan matçı bu gün saat 23:45-də start götürəcək.
