29 mart 2011 16:02
“Belçika yığması qələbə qazanmaq üçün daha çox tər tökməlidi”
"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza Belçika - Azərbaycan oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızla oyun ərəfəsində həmyerlilərinin işinin asan olmayacağına işarə vurub.
"Azərbaycanla Brüsseldə keçirilən ilk görüşü yaxşı xatırlayıram. İştirakçısı olduğum həmin oyunda bizim matçın əvvəlində fərqlənmək istəyimiz baş tutmamışdı. Qarşılaşmanın ilk dəqiqələrində Azərbaycan futbolçuları yaxşı müdafiə olunurdular. Yalnız penaltidən hesabı aça bildik və sonra böyük hesablı qələbəni bayram etdik. Düşünürəm ki, bu dəfə Belçika yığması qələbə qazanmaq üçün daha çox tər tökməlidi, klublarda səviyyəli futbolçular top qovur, ölkə çempionatının səviyyəsi günü-gündən artır. Bu isə birbaşa yığma komandanın güclənməsinə təsir edir. Onu da bildirim ki, son günlər Belçika mətbuatından mənimlə əlaqə saxlayaraq, Azərbaycanla görüş haqda fikirlərimi soruşurlar. Bu günlərdə Belçikada Azərbaycan futbolu populyar bir mövzuya çevrilib”.
